Sunday, 13 July 2014

Nəyə görə futbolçular oyundan sonra köynəklərini rəqibləri ilə dəyişirlər?


Futbolçu formasının rəqiblə dəyişdirilməsi idman dünyasında kəşf olunmuş ən maraqlı rituallardan biridir. Dəyişdirilmiş formaların başına çox işlər gəlir. Bunların hər biri özlüyündə ayrıca hekayədir. Yuyulmuş və ya tər qoxan vəziyyətdə evin bir küncündə unudulan, evin ən yaxşı yerində sərgilənən, hədiyyə kimi bağışlanan, aksionda satılan və s. kimi aqibətlərlə qarşılaşmaq mümkündür.


Bəs ümumiyyətlə, bu adətin meydana gəlməsi necə olmuşdur?


1931-ci il 14 mayına kimi Fransa İngiltərə ilə 15 oyun keçirsə də, yalnız 1921-ci ildə qələbə qazana bilmişdi. On illik fasilədən sonra qeyri-peşəkar fransız futbolçular 5-2 hesabla peşekar ingilis futbolçuları üzərində qələbə qazanırlar. Özü də 35 minlik tamaşaçı qarşısında. Deyilənə görə, fransızlar o qədər sevinirlər ki, xatirə olsun deyə, rəqib oyunçulara köynəklərini dəyişdirmək təklifi edirlər. Məğlub ingilislər bunu qəbul etməyə "məcbur" idi. Bu arada, fransızların köynəkləri pambıqdan, ingilislərinki isə ipəkdən imiş. 


Sonuncu Dünya kubokunda hansı ölkə bu ritualı qadağan edib?


Düzgün cavab: İran. 

İran tərəfi bunu oyunçuların artıq israfçılığı ilə izah ediblər. Ölkənin futbol federasiyasından açıqlama: "Biz hər oyun üçün oyunçulara t-shirt vermirik. Futboolçular bu məsələdə daha qənaətcil olmalıdırlar".  



Bunları bilmək də maraqlıdır:


- Pele-nin 1970-ci ildə geyindiyi forma 2002-ci ildə bir italyan futbolçusunun ailəsi tərəfindən $310,000-a satılmışdı.

- Braziliyalı futbolçular 1950-ci ildə Uruqvaya Marakana stadionunda 1-2 məğlub olanadək ağ-qara rəngli formada oynayırdılar. Məğlubiyyəti unutdurmaq üçün federasiya tərəfdarlar arasında sorğu keçirərək sarı rəngli formanı tətbiq edir. Sonuncu Almaniya məğlubiyyətindən sonra da belə bir ehtimal haqqında danışırlar.


-Almaniyanın formasındakı rənglər Prussiya krallığının XIX əsrdə istifadə etdiyi bayraqdan alınmışdır.


Tuesday, 1 July 2014

Lətifəsi bizə yaxın

Türkiyənin Atlas jurnalının Ermənistanın Gümrü şəhəri barəsində xüsusi bir məqaləsi var. Orada müsahibə alınan sadə vətəndaş Mikayel Açapyan Ermənistanın qonşuları ilə münasibətlərini bir anekdotla izah etməyə çalışır.

"Nəvəsi babasından soruşur:
-Baba, biz niyə indiyə kimi kosmosa bir nəfər göndərə bilməmişik?
Babası cavab verir:
-Əgər Ermənilər kosmosa bir astronavt yollasa, Gürcülər paxıllıqlarından ölər. Gürcülər ölsə, Ermənilər də kefdən ölər. Gürcülər və Ermənilər ölsələr, hər yer Azərbaycanlılara qalar. Yoxsa kosmosa adam göndərmək asan işdir"


Tuesday, 12 November 2013

Niyə məhz dörd barmaqlı?


Yəqin bir çoxlarınız uşaq vaxtından cizgi filmlərdə bir çox personajların dörd barmaqlı təsvir olunduğunu görmüsünüz. Niyə bəs belə?!


Animasiyanın hazırlanması çox uzun vaxt tələb edən işdir. Tamaşasının şəkildəki tərpənişi (hərəkəti) görməsi üçün bir saniyəyə 24 şəkil işıqlandırılmalıdır. Bu da özlüyündə 10 dəqiqəlik film üçün 15 min təsvir deməkdir. Dağ boyda iş!


1920-ci illərin sonunda Walt Disney Mickey personajını yaradanda, onu çox sadə təsvir etmişdi: iki yumru qulaq bütün vəziyyətlərdə eyni ölçüdə idi. Və bu siçanın sadəcə dörd barmağı vardı: sürətli təsvir üçün əlverişli idi! Daha sonralar, uzun metrajlı cizgi filmlərdə Disney studiyası dörd və beşbarmaqlı surətləri birləşdirmişdi. Disneyin təsvir etdiyi dördbarmaqlı məşhur personajlar hansılardır bəs? Pinokyo (burnu uzanırdı həmişə), Qar qızdakı (Белоснежка) yeddi cırtdan, Ələddinin cini, "Zoluşka"-nın siçanı. Bugün bir çox cizgili filmlər kompüterlə hazırlanır, məsələn Sevimli Qulyabanilər (Monsters, Inc.). Bununla belə ənənə qorunub saxlanılır. Halbuki 5-ci barmağı çəkmək bu gün elə də çətin deyil.


Bəs əslində bir siçanın neçə barmağı olur? :)



Siçanın arxa pəncəsində 5, qabaqda isə 4 barmağı olur. Bu o deməkdir ki, Walt Disney heç də Mickey-i təsvir edəndə yanılmayıb.





p.s aşağıda reaksiyanızı unutdunuz :)



Tuesday, 5 February 2013

Nə üçün İngilislər yolun solu ilə sürürlər?


Əslində, düzgün sual bu olardı: nəyə görə digərləri sağ ilə sürürlər?




Nəzərə alsaq ki, insanların əksəriyyəti sağ-əllidir, təbii olaraq Antik dövrdən bəri döyüşçülər qılınclarını sağ əlləri ilə istifadə edirdilər və qılıncı qınından çıxarmaq asan olsun deyə onu bədənin sol tərəfində daşıyırdılar. Daha sonra cəngavərlər ata sol tərəfdən minirdilər ki, qılıncları ona zərər vurmasın. Bu adət hərbi təlimlərdə kodlaşdırıldı və bugün də at minmə qaydası kimi qəbul olunur. Ata minən döyüşçü qayışları sol əli ilə tuturdu və bu sol ilə sürmək demək idi. Nəzərə almaq lazımdır ki, bir yolda (cığırda) iki atlı cəngavərin qılıncı toqquşardısa, bu duelə dəvət idi. Bu baxımdan yolun solu ilə hərəkət məntiqli və normal qəbul olunurdu.
İndi isə əsas sualımıza qayıdaq: nəyə görə  bəs digərləri sağ ilə sürürlər?
Səbəb Napoleon Bonapart-dır. XVIII əsrin sonlarında, döyüş meydanında düşmən qoşunlar bir-birinə sol tərəfdən toqquşurdular. Düşmənini çaşdırmaq üçün Napoleon ordusuna sağdan hücum etmək tapşırığı verir. Bu taktika uğur qazandıqdan sonra o, Fransada və qalib gəldiyi Belçika, İspaniya və İçveçrədə yolun sağ ilə sürməyi qanunlaşdırır. Avtomobilin kəşfindən sonra isə bu adət qonşu ölkələrə və dünyaya yayıldı, əlbəttə ki,  Böyük Britaniya və onun keçmiş müstəmləkələrindən başqa (Avstraliya, Yeni-Zelandiya, Hindistan, Yamayka, CAR, Keniya, Malayziya və s.)



Bunları bilmək də maraqlıdır:

-İsveç 1967-ci il 3 sentyabr saat 5-dən etibarən yolun sağından istifadəyə keçib.

-Fransadan başqa (Highway Act 1835) dünyanın əksər ölkələrində qatarlar sağ yol ilə hərəkət edir. Fransada isə yalnız Alzas bölgəsində sağdan istifadə edilir, çünki bu region 1870-1918-ci illərdə alman nəzarətində olmuş və alman qanunları tətbiq edilmişdir.

-Fransız metrosu sağ ilə hərəkət edir. Fransada isə yalnız bir şəhərdə, Lyon-da o solaxaydır. Səbəb isə onun gələcəkdə dəmir yolu şəbəkəsinə qoşulması planı olmuşdur.
-Böyül Britaniyada isə yalnız bir yolda sağ ilə sürmək olar. Bu küçə Londonun mərkəzində lüks Savoy Court küçəsidir.


p.s aşağıda reaksiyanızı unutdunuz :)


Monday, 7 May 2012

Alt geyimsizlər kimdir?


Fransız İnqilablarında Respublikanı dəstəkləyən sadə insanlara təhqiramiz şəkildə "Sans-culottes" (Alt geyimsizlər) deyə çağırırdılar. Çünki o dövrdə altgeyim (underwear) yüksək təbəqənin geyim forması hesab olunurdu. O vaxtkı inqilabçılar da sadə insanlara dəstək olmaq üçün bu geyimdən imtina etmişdilər. Onların geyindiyi forma isə bugün hər kəs tərəfindən qəbul edilən "şalvar" idi. O zamana kimi şalvar geyinmək modda deyildi. İnqilabın qələbə çalması ilə bu geyim dəbə mindi.





Thursday, 8 March 2012

Onlar hər yerdə bizimlədir







Xüsusən də  yatarkən...


Yatağa giririk, yuxuya gedirik, lakin tək deyilik. Milyonlarca canlılar bədənimizdə hərəkətdədir !


Bu canlılar mikroskopik ölçülərə malik, lüt gözlə görülməsi mümkün olmayan, hörümcəklərlə eyni ailədən olan gənələr, gəmiricilərdir. Yatağımızdakı dəvətsiz qonaqlar elmi dildə "dermatophagoide" adlanır. Başqa sözlə : onlar dəri yeyirlər. Kimin dərisi? Əlbəttə ki, bizim ! Hər gün, bir yetkin insan orta hesabla 1,5 g ölü dəri itirir və bunlarla həmin "mikroordu" qidalanır. Əslində bu gəmiricilər təhlükəli deyillər. Lakin bəzi insanların səhhətində allergiyaya səbəb ola bilirlər. Məsələn, burun ağması, gözlərin və dərinin qaşınması və s. Burada həşəratların özləri deyil, onların geridə buraxdıqları peyin allergiyaya səbəb olur. Belə ki, yataq, gəmiricilər üçün təkcə yemək salonu deyil, həm də ...
Bu işğalçıların çoxalmasının qarşısını almaq üçün sadə tədbirlər planı: isti havada yaşamağı sevdiklərindən (26-32
°C döşəkdə) otağın temperaturunu 18-19 °C saxlamaq, nəmliyi sevdiklərindən hər gün otaqları havalandırmaq, yataq örtülərini tez-tez dəyişdirmək və əgər mümkündürsə, gəmiricilərə qarşı yataq örtüklərindən istifadə etmək.

Evdəki toz haradan gəlir?



Pəncərələri açıq və ya bağlı saxlamağımızdan asılı olmayaraq, toz hər zaman ortalıqda dolanır. Əslində tozun böyük bir hissəsi (80%) bizim öz dərimizin ölmüş hissələrindən gəlir.





Thursday, 1 March 2012

Əvvəllər nə üçün oturaraq yatırmışlar?

Bəli ! Eşidəndə mənə də təəccüblü gəldi. Lakin bu faktdır ki,  XVIII  əsrə qədər Fransada zadəgan sinfi oturaraq yatırmış. Onlar düşünürdülər ki, uzanmaq ölüyə bənzəməkdir. Daha dəqiq desəm, uzanmaqdan ona görə qorxurdular ki, yatdıqları zaman birdən ağızlarından ruhları çıxıb bədənlərini tərk edər. Əlbəttə, bu o demək deyildir ki, insanlar uzanaraq yuxulamırdılar. Lakin bunlar adi kəndlilərə aid idi. Bəzi mənbələrdə onların bu cür davranmasının səbəbini soyuq və ya nəmdən əmələ gələ biləcək xəstəliklərdən qorunmaq üçün vərdiş halına gəldiyi sadalanır. Lakin uzanaraq yatmağın ölümlə eyniləşdirilməsi bu zaman kimi davam etmişdi.







Thursday, 23 February 2012

At nalı xoşbəxtlik gətirir?




Görürsən ki, qapı üzərində at nalı asılır. Bəs bunun mənası nədir?

Qədimdə nə vaxt ki, bir kəndli yolun kənarında bir at nalı tapanda bu onunçün qısa günün xoşbəxtliyi idi. Çünki bu tapıntını satıb, pul qazana bilirdi...Əslində isə at nalının xoşbəxtliyi təmsil etməsinin əsasını uzaqda axtarmağa dəyməz. İnsanlar ətraflarında hər zaman gələcəklərini siğortalamaq üçün inandıqları və ya inanclarına uyğun olan simvollar saxlamağa meylli olublar. At nalı da formaca "Christ" sözünün C'ə bənzədiyindən onu simvollaşdırmışlar.
Ümumiyyətlə, bu xoşbəxtlik daşıyan simvollar (mövhümat) mənəvi pozitiv yüklərə malik olsalar, müəyyən məntiqə də əsaslanırlar. Məsələn, dovşan artıma meylli (yəni tez çoxalan) olduğundan onun ayaqları (xüsusən də sol) tərk edilmə və uğur simvolu kimi qəbul olunub. Dörd yarpaqlı yonca şübhəsiz az rast gəlinən olduğundan nadir tapıntı və şansı ifadə edir. Uğur böcəyinə gəldikdə isə (bizim dildə parabüzən dəstəsindən bir böcək kimi qeyd olunur) onun yarpaq üzərindəki təhlükəli gəmiricilər ilə qidalanması insanların onu sonralar uğur simvolu kimi qəbul etməsinin məntiqi nəticəsidir. Bizdə göz muncuğu nəzərdən qorunmaq üçün istifadə edilir, lakin bunun ən məntiqi tərəfi onun göz şəkilində emal edilməsidir. Çünki tarixən və tibbi cəhətdən heç bir əsasa dayanmır.

Aya ayaq basmış ilk insan nəyi ona uğur gətirəcəyinə inanıb özü ilə aparmışdı?

Ayıcıq. Bəli ! Neil Armstrong 21 iyul 1969-cu ildə Ayda gəzən ilk insan oldu. O, öz hava gəmisində balaca bir ayıcıqla bu səfərə çıxmışdı. Neil inanırdı ki, bu onun raketinin performansına kömək edir. Deməli, hətta rasional insanlar da bəzən bu cür əşyalara və ya batil inanclara ehtiyac duyur...




Tuesday, 21 February 2012

"Qırmızı Xaç" necə yarandı?

Napoléon III Solférino döyüşündə. 1863
Jean-Louis-Ernest MEISSONIER
İtaliyanın Mantova əyaləti, 24 iyun 1859.


Solferino kəndində qəddar döyüşlər gedirdi: III Napoleon'un ordusu avstryalıları məğlub edir. Minlərlə yaralı əsgər köməksiz qaldıqlarından döyüş meydanında can verirdi. Yardım müraciətləri göndərilsə də, cavab gəlməmişdi. İsveçrəli Henri Dunant (Anri Dünan) təsadüfən bu səhnəyə tamaşa etməli olur. Dəhşətə gəlmiş bu insan bir şeylər etməyə qərar verir və könüllü kəndlilərlə birlikdə hər iki düşərgənin yaralılarının köməyinə yetişir. Məhz bu hadisə onun həyatını dəyişir. Belə ki, dörd il sonra müharibə qurbanlarına yardım etmək üçün bir təşkilat yaradır. Təşkilatın emblemi İsveçrə bayrağının tərsi olan ağ fonda qırmızı xaç seçilir. 1864-cü ildə Henri Dunant Cenevrədə beynəlxalq tədbir keçirir və burada on altı dövlət vətəndaş və müharibə məhbusları haqqında ümumi qaydaları qəbul edirlər. Bugün Qırmızı Xaç bərabər surətdə bütün ölkələrdə həmrəylik və yardım aksiyaları ilə sülhü dəstəkləyir.


Bütün müsəlman ölkələrində Qırmızı Xaç Qırmızı Aypara adlanır. Düz yoxsa səhv?



Düzdür. Baxmayaraq ki, Qırmızı Xaç cəmiyyəti dini təşkilat deyil, emblemindəki xaç xristianlığı ehtiva etdiyindən heç bir problemin yaşanmaması üçün, daha islami bir simvol olan aypara seçilmişdir.





Monday, 20 February 2012

Niyə koala günün iyirmi saatını yataraq keçirir?



Oyanmaq zamanı gəlir, gözlər açılır, yemək dalınca gedilir, yeyilir və hop!


Yenidən yatmaq zamanıdır! 


Əgər koala bu qədər az hərəkət edirsə, bunun yeganə səbəbi onun qidalanmasındadır. Avstraliya meşələrində yaşayan koala bir qayda olaraq evkalipt ağacının yarpaqlarını yeyir. Bu yarpaqların tərkibində çox az miqdarda kalori - məntiqlə az enerji olur. Nəticədə koala normal həyat sürməsi üçün, lazımsız əziyyətlərdən qaçmalı olur. Və budur onun etdiyi: özünə bir budaq tapır, yatır, yatır, yatır! Xoşbəxtlikdən, onun ağacdan düşüb su axtarmağa da ehtiyacı yoxdur. Çünki tərkibinin 50%-i su olan bu yarpaqlardan bir kilo yeyən koala, həm də yarım litr su içmiş olur. Yerli xalqların dilində koala "su içməyən" kimi ifadə olunur. Dünyanın digər ağır yuxulu heyvanları arasında bunların adlarını çəkmək olar: ərincək və opossumlar (təxminən 20 saat), lemurlar (16 saat), hamster et dələ (14 saat) və pişik (13 saat).

Bəzi balinakimilər ümumiyyətlə yatmır. Düz yoxsa səhvdir?



Düzdür. Onların beyinlərinin bir hissəsi oyaq olduğu zaman digər bir hissəsi də yatır. Beləliklə onlar heç zaman tamamilə yuxuda olmurlar. Həyatları su altında keçdiyi üçün lazımdır ki, zaman-zaman nəfəs alıb versinlər...





Sunday, 19 February 2012

80 yaşlı birisi həyatının neçə ilini yatıb görəsən?




Bunu bilmək istəməzsiniz !


Orta hesabla biz günə təxminən 8 saat yatırıq. Deməli, 80 yaşlı birisi  ömrünün üçdə birini, başqa sözlə təxminən 26 ilini öz yatağında keçirmiş olur... Bizim ən prinsipial fəaliyyətimiz, əslində fəaliyyətsizliyimizdir! İş həyatımız üçün bu rəqəm daha geridədir : 8 tam il. Məktəb-lisey-kollecə ayaq döydüyümüz zaman həcmi daha qısadır (hətta bizə bir ömür kimi görünsə belə) : 1-2 il arası. İstirahətlərimiz arasında ən çox vaxt sərf etdiyimiz isə televizordur (qısası "monitor qarşısı" deyək). Bu ritmlə biz onun qarşısında 10 il vaxt keçirmiş oluruq. Bundan başqa 5 il yemək stolu ətrafında və 3 ay ayaqyolunda (qəbizlik çəkənlərdə biraz çox əlbəttə) vaxt öldürdüyümüzü düşünsək, deməli yetərincə oturaq həyat yaşayırıq...Bəzi məsələlərdə kişilər və qadınlar arasında qeyri-bərabərlik var. Məsələn, 80 yaşına çatmış bir qadın 2,5 ilini yuyunmaq, hazırlaşmaq və geyinməklə keçirir. Kişi üçün bu vaxt 10 aya bərabərdir. Qadın 5 ildən çox vaxtını bazarlıq etməyə, xörək hazırlamağa və ev işləri ilə məşğuliyyətə sərf edir (+2 il də məndən) . Hətta yerləri dəyişsə belə, kişilər bu işlərə xeyli az vaxt sərf edir. Bəs adətən 80-dən sonra ? 1 il kitablara (bizə aid deyil), 1 il bayramlara (ola bilər), 3 il ümumi nəqliyyatdan istifadəyə (inana bilmirəm), 6 ay telefonla danışığa (bizə bəs etməz)... 


Bəs, altı aylıq çağa ömrünün nə qədərini yatmaqla keçirmiş olur?

Bir çağa ortalama gündə 18 saat yatır. Bu o deməkdir ki, 6-cı aya çatdıqda, artıq o, 4 ay yarımı yuxuda keçimişdir.





p.s    Əsas odur ki, iştirak etdik.





Sunday, 12 February 2012

39 ölçü ayaqqabı geyinmək ayağımızın 39 sm olduğunu göstərir?





Santimetr bir ölçü vahidi kimi alimlər tərəfindən Böyük Fransa inqilabı zamanı kəşf olunub !

Əlbəttə, buna kimi insanların ayaqları, ayaqqabıları var idi. Hətta bu işlə məşğul olan sənətkarlar da var idi. Necə ki santimetr hələ mövcud deyildi, o zamanlar Fransada ustalar başqa hesablama vasitəsindən istifadə edirdilər : Paris ölçüsü. Əslində hər bir ustanın özünəməxsus ölçməsi texnologiyası olmuşdur. Buna baxmayaraq ayaqların boyunun ölçülməsi bugün də həmin ölçüyə əsaslanır. Bu ölçü 0,666 sm-ə uyğun gəlir. Deməli, əgər siz 39 ölçü geyinirsinizsə, bu o mənaya gəlir ki, sizin ayaqqabınız : 39 x 0,666 = 25,9 sm-dir. Biraz qarışıqdır deyəsən, hə? 

İngiltərədə vəziyyət heç də az mürəkkəb deyil : 2 ölçüsü bizim 35, 3 bizim 36, 4 bizdə 37 və davam edir... ABŞ-da isə daha pisdir :  belə ki, ingilis variantını götürürük üzərinə 1 kişilər üçün,  1,5 qadınlar üçün əlavə edirik ( tam dəqiq olmasa da təxminən: 6=39 ingilis, 6+1=39 amerikan). Amerikalılar ayaqlarının uzunluğu bizimkilərlə eyni olsa da, göründüyü kimi ölçü tətbiqində yetərincə böyük fərqlər var...
Ümumiyyətlə, bütün bu mürəkkəblikləri sadələşdirməkdən ötrü Beynəlxalq standartlaşdırma təşkilatı (İSO) yeni norma tətbiq etmişdir, dünyəvi ölçü : bu ölçü ayağın santimetrlə uzunluğuna uyğun gəlir. Bundan daha sadəsini düzəltmək mümkün deyil ! Lakin təəssüflər olsun ki, ayaqqabı istehsalçıları hələ də bu ölçünün tətbiqində gecikirlər...

Aktyor Mattew McGrory neçə ölçü ayaqqabı geyinirdi?

2005-ci ildə həyatını dəyişən bu amerikalı aktyor Tim Burton'un Big Fish filmində "böyük" insan rolunda oynamışdır. Onun boyu 2.29 m, ayaq ölçüləri isə 63 idi.