Qısa məzmunda gündəlik həyatda qarşımıza çıxan sualların cavablarını tapmağa çalışırıq.
Wednesday, 8 February 2012
Isa peyğəmbər nə vaxt doğulub?
İsa təxminən miladdan 4 və ya 5 il əvvəl doğulub!
Bu qəribəliyin səbəbkarı məlumdur: onun adı Dionysius Exiguus (Balaca Denis)-dir. Bu bilikli keşiş VI əsrdə yaşayıb. Lakin o dövrdə hələ " VI əsr" deyilmirdi. İllərin təqvimi hesaba alınması hələ İsanın doğulması ilə deyil, daha qədim bir ənənəyə əsaslanırdı : Roma imperiyasının əsasının qoyulması ilə. Bugün biz 500-cü il (m.s) nəzərdə tutanda bu, o dövrdə 1252-ci il ( Roma-dan sonra) kimi bilinirdi. 1277-ci ildə (r.s) Denis İsanın həyatının xronologiyasını hazırlayır və bunu papa I Jean'a təqdim edir. Onun fikrinə görə İsa 25 dekabr 753-cü ildə (r.s) anadan olmuşdur. Daha sonra, təqvim İsanın anadan olması ilə hesablanmağa başlandı. Problem ondadır ki, Denis bir neçə ili diqqətdən qaçırmışdı. Yeni hesablamalara görə əslində İsa kral Herod-un öldüyü il artıq doğulmuşdu. Kralın ölümü isə tarixi mənbələrə görə eramızdan əvvəl 4-cü ildə baş verib, deməli İsa miladdan əvvəl dünyaya gəlib.
Bütün dinlər təqvimi İsanın doğulması ilə hesablayır. Düz yoxsa səhv?
Səhvdir. Yəhudi kalendarına görə tarix dünyanın yaradılışından hesablanır. İslamda isə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köç etdiyi tarix əsas götürülür. Yəni 2012-ci il iudaizmdə 5771-ci, islamda isə 1432-ci ilə uyğundur.
Libellés :
Dionysius Exiguus,
Isa,
kral Herod,
milad,
papa,
Roma imperiyası,
təqvim,
VI əsr
Subscribe to:
Post Comments (Atom)
5771?? dünya məgər 5771 il əvvəl yaranıb? Bu biri diləri anlamaq olar, amma yəhudilər dünyanın yaranmağının 6-7 milyard il olduğunun hələ fərqində deyillər?
ReplyDeleteHafiz bəy, bunun səbəbi mənə məlum deyil. Bəlkə əslində Musa-dan etibarən tarixi hesablayırlar. Dəqiq bilmirəm.
ReplyDelete