Showing posts with label keşiş. Show all posts
Showing posts with label keşiş. Show all posts

Wednesday, 8 February 2012

@_@ nə deyir bizə?



Bugün "@" işarəsini e-mail ünvanını yazarkən istifadə edirik. Lakin bu işarənin mənşəyi haradandır?

Bu işarənin bizim dildə ifadəsi dəqiq deyil, lakin "ət" və ya "quyruqlu a" kimi tələffüzü daha məqbul görünür. "@" işarəsi bugün internet və müasirliyi simvolikləşdirsə də onun kəşfi Orta əsrlərdə olmuşdur! Hələ çapın mövcud olmadığı dövrdə keşişlər kitabları əlləri ilə köçürürdülər. O,  VI əsrə doğru ad latın sözündən əmələ gəlib,  "tərəf" və ya "aidlik" mənasını verirdi. Rahiblər əl köçümələrində d hərfini a-nın ətrafında döndərirdilər. Bununla minlərlə səhifəlik Bibliyada "aidlik" bildirən sözləri əvəz edir, yer və mürəkkəbə qənaət etmiş olurdular. Bu işarənin başqa izlərinə XII əsrdə İtaliyanın florensiyalı tacirlərində rast gəlirik. Onlar bir amphora'nı nəzərdə tutmaq üçün bu işarədən istifadə edirdilər. Sonrakı əsrlərdə həm yazı, həm də əşya ticarətində istifadə olunurdu. XIX əsrdə ABŞ-da "2 dəftər 10 dollara" əvəzinə "2 dəftər @$10" qeydə alınırdı. İlk yazı-çap maşınlarına əlavə olunduğu üçün sonralar ilk kompyuterlərin klavyaturalarında da öz yerini tapdı. Lakin o dövrdə demək olar ki işlədilməyən işarə haqqında "Bu simvol heç bir işə yaramır? Onda mən bunu elektron ünvanlar üçün istifadə edə bilərəm" deyən Ray Tomlinson onu bizim gündəlik həyatımıza daxil etmiş olur.


İngiliscə bu işarə "at", yəni "-a " və ya "doğru" mənasına gəlir. Düz yoxsa səhv?

Düzdür. Əslində bu işarə müxtəlif dillərdə müxtəlif adlara sahibdir. Məsələn, ruslar onu "balaca it", isveçlilər "darçın ruleti", fransızlar və koreyalılar "ilbiz", çinlilər "kiçik siçan", hollandlar isə "meymun quyruğu" adlandırırlar.






Tuesday, 7 February 2012

Müqəddəs Valentin və məhəbbət


Nə üçün müqəddəs Valentin eşqə düşənlərin sahibi hesab edilir? 

Əslində bunun səbəbini bilmək yetərincə çətindir. Valentinlə bağlı müxtəlif hekayələr olsa da, nisbətən qısa və maraqlı olanı. Eramızın 268-ci ilində Roma imperatoru II Claude ölkədə evlənməyi qadağan etmək istəyir. O inanırdı ki, evli kişilər sevgililəri haqda lazımından çox düşünür və bu onları pis əsgər edir. Keşiş Valentin isə nişanlıları evləndirməkdə davam edir. Keşiş saxlanılır, həbs olunur və sonra başı kəsilir. Onu daha sonra sitayişə çevrilən Flaminia yolu  boyu basdırırlar . Bəs sevgi bayramının tarixçəsi budur? Bəlkə də, bunu dəqiq demək mümkün deyil. Çünki Valentindən əvvəl fevral ayının ortaları məhəbbətə həsr olunurdu. Romada o vaxtlar Lupercalia və məhsuldarlıq bayramları keçirilirdi. Nişanlılar isə bundan istifadə edib öz evlilik tələblərini edirdilər....Lakin bəlkə də Müqəddəs Valentinin mənşəyi daha qədimə gedib çıxır. Bəlkə də sadəcə olaraq bu təbiətə olan müşahidədən doğub : fevralın ortası quşlar çiftləşməyə başlayırlar .

Bundan başqa, nəyə görə gənc qızlar Müqəddəs Valentin günü quşları müşahidə edirlər?

Qədim inanca görə 14 fevralda ilk gördüyü quş gənc qızlara onların gələcək ərləri haqda işarə verirmiş. Belə ki, robin dənizçi, sərçə az imkanlı biri ilə xoşbəxt həyat, saka quşu isə varlı bir kişi ilə toy mənasına gəlirdi.

P.S nəzərə alsaq ki, bizim ölkədə sərçədən bol heç nə yoxdur. Onda demək hamı xoşbəxtdir )))