Showing posts with label Fransa. Show all posts
Showing posts with label Fransa. Show all posts

Sunday, 13 July 2014

Nəyə görə futbolçular oyundan sonra köynəklərini rəqibləri ilə dəyişirlər?


Futbolçu formasının rəqiblə dəyişdirilməsi idman dünyasında kəşf olunmuş ən maraqlı rituallardan biridir. Dəyişdirilmiş formaların başına çox işlər gəlir. Bunların hər biri özlüyündə ayrıca hekayədir. Yuyulmuş və ya tər qoxan vəziyyətdə evin bir küncündə unudulan, evin ən yaxşı yerində sərgilənən, hədiyyə kimi bağışlanan, aksionda satılan və s. kimi aqibətlərlə qarşılaşmaq mümkündür.


Bəs ümumiyyətlə, bu adətin meydana gəlməsi necə olmuşdur?


1931-ci il 14 mayına kimi Fransa İngiltərə ilə 15 oyun keçirsə də, yalnız 1921-ci ildə qələbə qazana bilmişdi. On illik fasilədən sonra qeyri-peşəkar fransız futbolçular 5-2 hesabla peşekar ingilis futbolçuları üzərində qələbə qazanırlar. Özü də 35 minlik tamaşaçı qarşısında. Deyilənə görə, fransızlar o qədər sevinirlər ki, xatirə olsun deyə, rəqib oyunçulara köynəklərini dəyişdirmək təklifi edirlər. Məğlub ingilislər bunu qəbul etməyə "məcbur" idi. Bu arada, fransızların köynəkləri pambıqdan, ingilislərinki isə ipəkdən imiş. 


Sonuncu Dünya kubokunda hansı ölkə bu ritualı qadağan edib?


Düzgün cavab: İran. 

İran tərəfi bunu oyunçuların artıq israfçılığı ilə izah ediblər. Ölkənin futbol federasiyasından açıqlama: "Biz hər oyun üçün oyunçulara t-shirt vermirik. Futboolçular bu məsələdə daha qənaətcil olmalıdırlar".  



Bunları bilmək də maraqlıdır:


- Pele-nin 1970-ci ildə geyindiyi forma 2002-ci ildə bir italyan futbolçusunun ailəsi tərəfindən $310,000-a satılmışdı.

- Braziliyalı futbolçular 1950-ci ildə Uruqvaya Marakana stadionunda 1-2 məğlub olanadək ağ-qara rəngli formada oynayırdılar. Məğlubiyyəti unutdurmaq üçün federasiya tərəfdarlar arasında sorğu keçirərək sarı rəngli formanı tətbiq edir. Sonuncu Almaniya məğlubiyyətindən sonra da belə bir ehtimal haqqında danışırlar.


-Almaniyanın formasındakı rənglər Prussiya krallığının XIX əsrdə istifadə etdiyi bayraqdan alınmışdır.


Tuesday, 5 February 2013

Nə üçün İngilislər yolun solu ilə sürürlər?


Əslində, düzgün sual bu olardı: nəyə görə digərləri sağ ilə sürürlər?




Nəzərə alsaq ki, insanların əksəriyyəti sağ-əllidir, təbii olaraq Antik dövrdən bəri döyüşçülər qılınclarını sağ əlləri ilə istifadə edirdilər və qılıncı qınından çıxarmaq asan olsun deyə onu bədənin sol tərəfində daşıyırdılar. Daha sonra cəngavərlər ata sol tərəfdən minirdilər ki, qılıncları ona zərər vurmasın. Bu adət hərbi təlimlərdə kodlaşdırıldı və bugün də at minmə qaydası kimi qəbul olunur. Ata minən döyüşçü qayışları sol əli ilə tuturdu və bu sol ilə sürmək demək idi. Nəzərə almaq lazımdır ki, bir yolda (cığırda) iki atlı cəngavərin qılıncı toqquşardısa, bu duelə dəvət idi. Bu baxımdan yolun solu ilə hərəkət məntiqli və normal qəbul olunurdu.
İndi isə əsas sualımıza qayıdaq: nəyə görə  bəs digərləri sağ ilə sürürlər?
Səbəb Napoleon Bonapart-dır. XVIII əsrin sonlarında, döyüş meydanında düşmən qoşunlar bir-birinə sol tərəfdən toqquşurdular. Düşmənini çaşdırmaq üçün Napoleon ordusuna sağdan hücum etmək tapşırığı verir. Bu taktika uğur qazandıqdan sonra o, Fransada və qalib gəldiyi Belçika, İspaniya və İçveçrədə yolun sağ ilə sürməyi qanunlaşdırır. Avtomobilin kəşfindən sonra isə bu adət qonşu ölkələrə və dünyaya yayıldı, əlbəttə ki,  Böyük Britaniya və onun keçmiş müstəmləkələrindən başqa (Avstraliya, Yeni-Zelandiya, Hindistan, Yamayka, CAR, Keniya, Malayziya və s.)



Bunları bilmək də maraqlıdır:

-İsveç 1967-ci il 3 sentyabr saat 5-dən etibarən yolun sağından istifadəyə keçib.

-Fransadan başqa (Highway Act 1835) dünyanın əksər ölkələrində qatarlar sağ yol ilə hərəkət edir. Fransada isə yalnız Alzas bölgəsində sağdan istifadə edilir, çünki bu region 1870-1918-ci illərdə alman nəzarətində olmuş və alman qanunları tətbiq edilmişdir.

-Fransız metrosu sağ ilə hərəkət edir. Fransada isə yalnız bir şəhərdə, Lyon-da o solaxaydır. Səbəb isə onun gələcəkdə dəmir yolu şəbəkəsinə qoşulması planı olmuşdur.
-Böyül Britaniyada isə yalnız bir yolda sağ ilə sürmək olar. Bu küçə Londonun mərkəzində lüks Savoy Court küçəsidir.


p.s aşağıda reaksiyanızı unutdunuz :)


Thursday, 1 March 2012

Əvvəllər nə üçün oturaraq yatırmışlar?

Bəli ! Eşidəndə mənə də təəccüblü gəldi. Lakin bu faktdır ki,  XVIII  əsrə qədər Fransada zadəgan sinfi oturaraq yatırmış. Onlar düşünürdülər ki, uzanmaq ölüyə bənzəməkdir. Daha dəqiq desəm, uzanmaqdan ona görə qorxurdular ki, yatdıqları zaman birdən ağızlarından ruhları çıxıb bədənlərini tərk edər. Əlbəttə, bu o demək deyildir ki, insanlar uzanaraq yuxulamırdılar. Lakin bunlar adi kəndlilərə aid idi. Bəzi mənbələrdə onların bu cür davranmasının səbəbini soyuq və ya nəmdən əmələ gələ biləcək xəstəliklərdən qorunmaq üçün vərdiş halına gəldiyi sadalanır. Lakin uzanaraq yatmağın ölümlə eyniləşdirilməsi bu zaman kimi davam etmişdi.







Sunday, 12 February 2012

39 ölçü ayaqqabı geyinmək ayağımızın 39 sm olduğunu göstərir?





Santimetr bir ölçü vahidi kimi alimlər tərəfindən Böyük Fransa inqilabı zamanı kəşf olunub !

Əlbəttə, buna kimi insanların ayaqları, ayaqqabıları var idi. Hətta bu işlə məşğul olan sənətkarlar da var idi. Necə ki santimetr hələ mövcud deyildi, o zamanlar Fransada ustalar başqa hesablama vasitəsindən istifadə edirdilər : Paris ölçüsü. Əslində hər bir ustanın özünəməxsus ölçməsi texnologiyası olmuşdur. Buna baxmayaraq ayaqların boyunun ölçülməsi bugün də həmin ölçüyə əsaslanır. Bu ölçü 0,666 sm-ə uyğun gəlir. Deməli, əgər siz 39 ölçü geyinirsinizsə, bu o mənaya gəlir ki, sizin ayaqqabınız : 39 x 0,666 = 25,9 sm-dir. Biraz qarışıqdır deyəsən, hə? 

İngiltərədə vəziyyət heç də az mürəkkəb deyil : 2 ölçüsü bizim 35, 3 bizim 36, 4 bizdə 37 və davam edir... ABŞ-da isə daha pisdir :  belə ki, ingilis variantını götürürük üzərinə 1 kişilər üçün,  1,5 qadınlar üçün əlavə edirik ( tam dəqiq olmasa da təxminən: 6=39 ingilis, 6+1=39 amerikan). Amerikalılar ayaqlarının uzunluğu bizimkilərlə eyni olsa da, göründüyü kimi ölçü tətbiqində yetərincə böyük fərqlər var...
Ümumiyyətlə, bütün bu mürəkkəblikləri sadələşdirməkdən ötrü Beynəlxalq standartlaşdırma təşkilatı (İSO) yeni norma tətbiq etmişdir, dünyəvi ölçü : bu ölçü ayağın santimetrlə uzunluğuna uyğun gəlir. Bundan daha sadəsini düzəltmək mümkün deyil ! Lakin təəssüflər olsun ki, ayaqqabı istehsalçıları hələ də bu ölçünün tətbiqində gecikirlər...

Aktyor Mattew McGrory neçə ölçü ayaqqabı geyinirdi?

2005-ci ildə həyatını dəyişən bu amerikalı aktyor Tim Burton'un Big Fish filmində "böyük" insan rolunda oynamışdır. Onun boyu 2.29 m, ayaq ölçüləri isə 63 idi.