Showing posts with label yatmaq. Show all posts
Showing posts with label yatmaq. Show all posts

Thursday, 1 March 2012

Əvvəllər nə üçün oturaraq yatırmışlar?

Bəli ! Eşidəndə mənə də təəccüblü gəldi. Lakin bu faktdır ki,  XVIII  əsrə qədər Fransada zadəgan sinfi oturaraq yatırmış. Onlar düşünürdülər ki, uzanmaq ölüyə bənzəməkdir. Daha dəqiq desəm, uzanmaqdan ona görə qorxurdular ki, yatdıqları zaman birdən ağızlarından ruhları çıxıb bədənlərini tərk edər. Əlbəttə, bu o demək deyildir ki, insanlar uzanaraq yuxulamırdılar. Lakin bunlar adi kəndlilərə aid idi. Bəzi mənbələrdə onların bu cür davranmasının səbəbini soyuq və ya nəmdən əmələ gələ biləcək xəstəliklərdən qorunmaq üçün vərdiş halına gəldiyi sadalanır. Lakin uzanaraq yatmağın ölümlə eyniləşdirilməsi bu zaman kimi davam etmişdi.







Monday, 20 February 2012

Niyə koala günün iyirmi saatını yataraq keçirir?



Oyanmaq zamanı gəlir, gözlər açılır, yemək dalınca gedilir, yeyilir və hop!


Yenidən yatmaq zamanıdır! 


Əgər koala bu qədər az hərəkət edirsə, bunun yeganə səbəbi onun qidalanmasındadır. Avstraliya meşələrində yaşayan koala bir qayda olaraq evkalipt ağacının yarpaqlarını yeyir. Bu yarpaqların tərkibində çox az miqdarda kalori - məntiqlə az enerji olur. Nəticədə koala normal həyat sürməsi üçün, lazımsız əziyyətlərdən qaçmalı olur. Və budur onun etdiyi: özünə bir budaq tapır, yatır, yatır, yatır! Xoşbəxtlikdən, onun ağacdan düşüb su axtarmağa da ehtiyacı yoxdur. Çünki tərkibinin 50%-i su olan bu yarpaqlardan bir kilo yeyən koala, həm də yarım litr su içmiş olur. Yerli xalqların dilində koala "su içməyən" kimi ifadə olunur. Dünyanın digər ağır yuxulu heyvanları arasında bunların adlarını çəkmək olar: ərincək və opossumlar (təxminən 20 saat), lemurlar (16 saat), hamster et dələ (14 saat) və pişik (13 saat).

Bəzi balinakimilər ümumiyyətlə yatmır. Düz yoxsa səhvdir?



Düzdür. Onların beyinlərinin bir hissəsi oyaq olduğu zaman digər bir hissəsi də yatır. Beləliklə onlar heç zaman tamamilə yuxuda olmurlar. Həyatları su altında keçdiyi üçün lazımdır ki, zaman-zaman nəfəs alıb versinlər...





Sunday, 19 February 2012

80 yaşlı birisi həyatının neçə ilini yatıb görəsən?




Bunu bilmək istəməzsiniz !


Orta hesabla biz günə təxminən 8 saat yatırıq. Deməli, 80 yaşlı birisi  ömrünün üçdə birini, başqa sözlə təxminən 26 ilini öz yatağında keçirmiş olur... Bizim ən prinsipial fəaliyyətimiz, əslində fəaliyyətsizliyimizdir! İş həyatımız üçün bu rəqəm daha geridədir : 8 tam il. Məktəb-lisey-kollecə ayaq döydüyümüz zaman həcmi daha qısadır (hətta bizə bir ömür kimi görünsə belə) : 1-2 il arası. İstirahətlərimiz arasında ən çox vaxt sərf etdiyimiz isə televizordur (qısası "monitor qarşısı" deyək). Bu ritmlə biz onun qarşısında 10 il vaxt keçirmiş oluruq. Bundan başqa 5 il yemək stolu ətrafında və 3 ay ayaqyolunda (qəbizlik çəkənlərdə biraz çox əlbəttə) vaxt öldürdüyümüzü düşünsək, deməli yetərincə oturaq həyat yaşayırıq...Bəzi məsələlərdə kişilər və qadınlar arasında qeyri-bərabərlik var. Məsələn, 80 yaşına çatmış bir qadın 2,5 ilini yuyunmaq, hazırlaşmaq və geyinməklə keçirir. Kişi üçün bu vaxt 10 aya bərabərdir. Qadın 5 ildən çox vaxtını bazarlıq etməyə, xörək hazırlamağa və ev işləri ilə məşğuliyyətə sərf edir (+2 il də məndən) . Hətta yerləri dəyişsə belə, kişilər bu işlərə xeyli az vaxt sərf edir. Bəs adətən 80-dən sonra ? 1 il kitablara (bizə aid deyil), 1 il bayramlara (ola bilər), 3 il ümumi nəqliyyatdan istifadəyə (inana bilmirəm), 6 ay telefonla danışığa (bizə bəs etməz)... 


Bəs, altı aylıq çağa ömrünün nə qədərini yatmaqla keçirmiş olur?

Bir çağa ortalama gündə 18 saat yatır. Bu o deməkdir ki, 6-cı aya çatdıqda, artıq o, 4 ay yarımı yuxuda keçimişdir.





p.s    Əsas odur ki, iştirak etdik.