Sunday 19 February 2012

80 yaşlı birisi həyatının neçə ilini yatıb görəsən?




Bunu bilmək istəməzsiniz !


Orta hesabla biz günə təxminən 8 saat yatırıq. Deməli, 80 yaşlı birisi  ömrünün üçdə birini, başqa sözlə təxminən 26 ilini öz yatağında keçirmiş olur... Bizim ən prinsipial fəaliyyətimiz, əslində fəaliyyətsizliyimizdir! İş həyatımız üçün bu rəqəm daha geridədir : 8 tam il. Məktəb-lisey-kollecə ayaq döydüyümüz zaman həcmi daha qısadır (hətta bizə bir ömür kimi görünsə belə) : 1-2 il arası. İstirahətlərimiz arasında ən çox vaxt sərf etdiyimiz isə televizordur (qısası "monitor qarşısı" deyək). Bu ritmlə biz onun qarşısında 10 il vaxt keçirmiş oluruq. Bundan başqa 5 il yemək stolu ətrafında və 3 ay ayaqyolunda (qəbizlik çəkənlərdə biraz çox əlbəttə) vaxt öldürdüyümüzü düşünsək, deməli yetərincə oturaq həyat yaşayırıq...Bəzi məsələlərdə kişilər və qadınlar arasında qeyri-bərabərlik var. Məsələn, 80 yaşına çatmış bir qadın 2,5 ilini yuyunmaq, hazırlaşmaq və geyinməklə keçirir. Kişi üçün bu vaxt 10 aya bərabərdir. Qadın 5 ildən çox vaxtını bazarlıq etməyə, xörək hazırlamağa və ev işləri ilə məşğuliyyətə sərf edir (+2 il də məndən) . Hətta yerləri dəyişsə belə, kişilər bu işlərə xeyli az vaxt sərf edir. Bəs adətən 80-dən sonra ? 1 il kitablara (bizə aid deyil), 1 il bayramlara (ola bilər), 3 il ümumi nəqliyyatdan istifadəyə (inana bilmirəm), 6 ay telefonla danışığa (bizə bəs etməz)... 


Bəs, altı aylıq çağa ömrünün nə qədərini yatmaqla keçirmiş olur?

Bir çağa ortalama gündə 18 saat yatır. Bu o deməkdir ki, 6-cı aya çatdıqda, artıq o, 4 ay yarımı yuxuda keçimişdir.





p.s    Əsas odur ki, iştirak etdik.






No comments:

Post a Comment