Showing posts with label İtaliya. Show all posts
Showing posts with label İtaliya. Show all posts

Tuesday, 21 February 2012

"Qırmızı Xaç" necə yarandı?

Napoléon III Solférino döyüşündə. 1863
Jean-Louis-Ernest MEISSONIER
İtaliyanın Mantova əyaləti, 24 iyun 1859.


Solferino kəndində qəddar döyüşlər gedirdi: III Napoleon'un ordusu avstryalıları məğlub edir. Minlərlə yaralı əsgər köməksiz qaldıqlarından döyüş meydanında can verirdi. Yardım müraciətləri göndərilsə də, cavab gəlməmişdi. İsveçrəli Henri Dunant (Anri Dünan) təsadüfən bu səhnəyə tamaşa etməli olur. Dəhşətə gəlmiş bu insan bir şeylər etməyə qərar verir və könüllü kəndlilərlə birlikdə hər iki düşərgənin yaralılarının köməyinə yetişir. Məhz bu hadisə onun həyatını dəyişir. Belə ki, dörd il sonra müharibə qurbanlarına yardım etmək üçün bir təşkilat yaradır. Təşkilatın emblemi İsveçrə bayrağının tərsi olan ağ fonda qırmızı xaç seçilir. 1864-cü ildə Henri Dunant Cenevrədə beynəlxalq tədbir keçirir və burada on altı dövlət vətəndaş və müharibə məhbusları haqqında ümumi qaydaları qəbul edirlər. Bugün Qırmızı Xaç bərabər surətdə bütün ölkələrdə həmrəylik və yardım aksiyaları ilə sülhü dəstəkləyir.


Bütün müsəlman ölkələrində Qırmızı Xaç Qırmızı Aypara adlanır. Düz yoxsa səhv?



Düzdür. Baxmayaraq ki, Qırmızı Xaç cəmiyyəti dini təşkilat deyil, emblemindəki xaç xristianlığı ehtiva etdiyindən heç bir problemin yaşanmaması üçün, daha islami bir simvol olan aypara seçilmişdir.





Friday, 10 February 2012

Triskaidekaphobia nədir?



Əksər amerikan göydələnlərində 13-cü mərtəbə yoxdur. Bəs səbəb?

Başa düşdüyünüz kimi söhbət 13 rəqəminə olan qorxudan gedir. 

Bu rəqəm inanca görə bədbəxtlik gətirdiyindən 12-dən birbaşa 14-cü mərtəbəyə keçirlər. Bu qorxunun izi bizi xristianizmə, daha doğrusu İsa məsihin sonuncu şam yeməyi'nə aparır. Bu yemək süfrəsində İsa on iki həvarisi (şagird) ilə əhatə olunmuşdur: yəni stol ətrafında onların sayı on üç idi. Bir neçə saatdan sonra satqın bir həvarinin müşaiyəti ilə O çarmıxa çəkilmişdi. Əlbəttə bu son iki hadisənin bir-biri ilə bağlantısı yoxdur, lakin insanların düşüncəsində bunun səbəbinin bəlkə də 13 sayında olması formalaşmışdı. Bundan əlavə ivrit əlifbasının 13-cü hərfi mem "ölüm" mənasına gəlir.
Nəticə etibarilə heç bir əsaslı səbəb olmadan insanlar 13 rəqəmindən qaçmağa çalışırlar : təyyarələrdə 13 saylı oturacaq, bəzi teatr və restoranlarda 13 saylı yer, xəstəxanalarda 13 rəqəmli yataq, Paris küçələrində 13 əvəzinə 12bis istifadəsi və s.
Nəzərə alsaq ki, İsa cümə günü çarmıxa çəkilib, onda daha yaxşı anlamaq olar nəyə görə insanlar cümə 13-dən qorxurlar. Başqa inanclara görə isə, əksinə bu gün şansı təmsil edir.

Çində və Yaponiyada hansı rəqəmlərə qorxu var: 4 yoxsa 13 ?

Çinlilərin və yaponların xristian olmadığını nəzərə alsaq, deməli onların on üçdən qorxmağa səbəbləri yoxdur. Onlar "ölüm" sözü ilə təxminən eyni tələffüz olunan 4 rəqəmindən qorxurlar. Shi sözü tələffüzdə ölüm və dörd rəqəmini ifadə edən omonimdir. Eyniylə xəstəxanalarda 4-cü mərtəbə, 4 saylı otağa rast gəlmək çətin məsələdir bu ölkələrdə. Hətta bəzi restoranlar öz telefon nömrələrində dörd rəqəmindən imtina edirlər.

Əlavə olaraq onu deyim ki, İtaliyada 17 rəqəmi uğursuzluq ifadə edir. Rum rəqəmi kimi  XVII anaqramla latın dilində olan VIXI sözü kimi yazılır ki, onun da mənası "mənim həyatım bitib" kimi başa düşülür.




Wednesday, 8 February 2012

@_@ nə deyir bizə?



Bugün "@" işarəsini e-mail ünvanını yazarkən istifadə edirik. Lakin bu işarənin mənşəyi haradandır?

Bu işarənin bizim dildə ifadəsi dəqiq deyil, lakin "ət" və ya "quyruqlu a" kimi tələffüzü daha məqbul görünür. "@" işarəsi bugün internet və müasirliyi simvolikləşdirsə də onun kəşfi Orta əsrlərdə olmuşdur! Hələ çapın mövcud olmadığı dövrdə keşişlər kitabları əlləri ilə köçürürdülər. O,  VI əsrə doğru ad latın sözündən əmələ gəlib,  "tərəf" və ya "aidlik" mənasını verirdi. Rahiblər əl köçümələrində d hərfini a-nın ətrafında döndərirdilər. Bununla minlərlə səhifəlik Bibliyada "aidlik" bildirən sözləri əvəz edir, yer və mürəkkəbə qənaət etmiş olurdular. Bu işarənin başqa izlərinə XII əsrdə İtaliyanın florensiyalı tacirlərində rast gəlirik. Onlar bir amphora'nı nəzərdə tutmaq üçün bu işarədən istifadə edirdilər. Sonrakı əsrlərdə həm yazı, həm də əşya ticarətində istifadə olunurdu. XIX əsrdə ABŞ-da "2 dəftər 10 dollara" əvəzinə "2 dəftər @$10" qeydə alınırdı. İlk yazı-çap maşınlarına əlavə olunduğu üçün sonralar ilk kompyuterlərin klavyaturalarında da öz yerini tapdı. Lakin o dövrdə demək olar ki işlədilməyən işarə haqqında "Bu simvol heç bir işə yaramır? Onda mən bunu elektron ünvanlar üçün istifadə edə bilərəm" deyən Ray Tomlinson onu bizim gündəlik həyatımıza daxil etmiş olur.


İngiliscə bu işarə "at", yəni "-a " və ya "doğru" mənasına gəlir. Düz yoxsa səhv?

Düzdür. Əslində bu işarə müxtəlif dillərdə müxtəlif adlara sahibdir. Məsələn, ruslar onu "balaca it", isveçlilər "darçın ruleti", fransızlar və koreyalılar "ilbiz", çinlilər "kiçik siçan", hollandlar isə "meymun quyruğu" adlandırırlar.