Tuesday 21 February 2012

"Qırmızı Xaç" necə yarandı?

Napoléon III Solférino döyüşündə. 1863
Jean-Louis-Ernest MEISSONIER
İtaliyanın Mantova əyaləti, 24 iyun 1859.


Solferino kəndində qəddar döyüşlər gedirdi: III Napoleon'un ordusu avstryalıları məğlub edir. Minlərlə yaralı əsgər köməksiz qaldıqlarından döyüş meydanında can verirdi. Yardım müraciətləri göndərilsə də, cavab gəlməmişdi. İsveçrəli Henri Dunant (Anri Dünan) təsadüfən bu səhnəyə tamaşa etməli olur. Dəhşətə gəlmiş bu insan bir şeylər etməyə qərar verir və könüllü kəndlilərlə birlikdə hər iki düşərgənin yaralılarının köməyinə yetişir. Məhz bu hadisə onun həyatını dəyişir. Belə ki, dörd il sonra müharibə qurbanlarına yardım etmək üçün bir təşkilat yaradır. Təşkilatın emblemi İsveçrə bayrağının tərsi olan ağ fonda qırmızı xaç seçilir. 1864-cü ildə Henri Dunant Cenevrədə beynəlxalq tədbir keçirir və burada on altı dövlət vətəndaş və müharibə məhbusları haqqında ümumi qaydaları qəbul edirlər. Bugün Qırmızı Xaç bərabər surətdə bütün ölkələrdə həmrəylik və yardım aksiyaları ilə sülhü dəstəkləyir.


Bütün müsəlman ölkələrində Qırmızı Xaç Qırmızı Aypara adlanır. Düz yoxsa səhv?



Düzdür. Baxmayaraq ki, Qırmızı Xaç cəmiyyəti dini təşkilat deyil, emblemindəki xaç xristianlığı ehtiva etdiyindən heç bir problemin yaşanmaması üçün, daha islami bir simvol olan aypara seçilmişdir.





No comments:

Post a Comment