Wednesday 8 February 2012

@_@ nə deyir bizə?



Bugün "@" işarəsini e-mail ünvanını yazarkən istifadə edirik. Lakin bu işarənin mənşəyi haradandır?

Bu işarənin bizim dildə ifadəsi dəqiq deyil, lakin "ət" və ya "quyruqlu a" kimi tələffüzü daha məqbul görünür. "@" işarəsi bugün internet və müasirliyi simvolikləşdirsə də onun kəşfi Orta əsrlərdə olmuşdur! Hələ çapın mövcud olmadığı dövrdə keşişlər kitabları əlləri ilə köçürürdülər. O,  VI əsrə doğru ad latın sözündən əmələ gəlib,  "tərəf" və ya "aidlik" mənasını verirdi. Rahiblər əl köçümələrində d hərfini a-nın ətrafında döndərirdilər. Bununla minlərlə səhifəlik Bibliyada "aidlik" bildirən sözləri əvəz edir, yer və mürəkkəbə qənaət etmiş olurdular. Bu işarənin başqa izlərinə XII əsrdə İtaliyanın florensiyalı tacirlərində rast gəlirik. Onlar bir amphora'nı nəzərdə tutmaq üçün bu işarədən istifadə edirdilər. Sonrakı əsrlərdə həm yazı, həm də əşya ticarətində istifadə olunurdu. XIəsrdə ABŞ-da "2 dəftər 10 dollara" əvəzinə "2 dəftər @$10" qeydə alınırdı. İlk yazı-çap maşınlarına əlavə olunduğu üçün sonralar ilk kompyuterlərin klavyaturalarında da öz yerini tapdı. Lakin o dövrdə demək olar ki işlədilməyən işarə haqqında "Bu simvol heç bir işə yaramır? Onda mən bunu elektron ünvanlar üçün istifadə edə bilərəm" deyən Ray Tomlinson onu bizim gündəlik həyatımıza daxil etmiş olur.


İngiliscə bu işarə "at", yəni "-a " və ya "doğru" mənasına gəlir. Düz yoxsa səhv?

Düzdür. Əslində bu işarə müxtəlif dillərdə müxtəlif adlara sahibdir. Məsələn, ruslar onu "balaca it", isveçlilər "darçın ruleti", fransızlar və koreyalılar "ilbiz", çinlilər "kiçik siçan", hollandlar isə "meymun quyruğu" adlandırırlar.






No comments:

Post a Comment