Friday, 10 February 2012

Triskaidekaphobia nədir?



Əksər amerikan göydələnlərində 13-cü mərtəbə yoxdur. Bəs səbəb?

Başa düşdüyünüz kimi söhbət 13 rəqəminə olan qorxudan gedir. 

Bu rəqəm inanca görə bədbəxtlik gətirdiyindən 12-dən birbaşa 14-cü mərtəbəyə keçirlər. Bu qorxunun izi bizi xristianizmə, daha doğrusu İsa məsihin sonuncu şam yeməyi'nə aparır. Bu yemək süfrəsində İsa on iki həvarisi (şagird) ilə əhatə olunmuşdur: yəni stol ətrafında onların sayı on üç idi. Bir neçə saatdan sonra satqın bir həvarinin müşaiyəti ilə O çarmıxa çəkilmişdi. Əlbəttə bu son iki hadisənin bir-biri ilə bağlantısı yoxdur, lakin insanların düşüncəsində bunun səbəbinin bəlkə də 13 sayında olması formalaşmışdı. Bundan əlavə ivrit əlifbasının 13-cü hərfi mem "ölüm" mənasına gəlir.
Nəticə etibarilə heç bir əsaslı səbəb olmadan insanlar 13 rəqəmindən qaçmağa çalışırlar : təyyarələrdə 13 saylı oturacaq, bəzi teatr və restoranlarda 13 saylı yer, xəstəxanalarda 13 rəqəmli yataq, Paris küçələrində 13 əvəzinə 12bis istifadəsi və s.
Nəzərə alsaq ki, İsa cümə günü çarmıxa çəkilib, onda daha yaxşı anlamaq olar nəyə görə insanlar cümə 13-dən qorxurlar. Başqa inanclara görə isə, əksinə bu gün şansı təmsil edir.

Çində və Yaponiyada hansı rəqəmlərə qorxu var: 4 yoxsa 13 ?

Çinlilərin və yaponların xristian olmadığını nəzərə alsaq, deməli onların on üçdən qorxmağa səbəbləri yoxdur. Onlar "ölüm" sözü ilə təxminən eyni tələffüz olunan 4 rəqəmindən qorxurlar. Shi sözü tələffüzdə ölüm və dörd rəqəmini ifadə edən omonimdir. Eyniylə xəstəxanalarda 4-cü mərtəbə, 4 saylı otağa rast gəlmək çətin məsələdir bu ölkələrdə. Hətta bəzi restoranlar öz telefon nömrələrində dörd rəqəmindən imtina edirlər.

Əlavə olaraq onu deyim ki, İtaliyada 17 rəqəmi uğursuzluq ifadə edir. Rum rəqəmi kimi  XVII anaqramla latın dilində olan VIXI sözü kimi yazılır ki, onun da mənası "mənim həyatım bitib" kimi başa düşülür.




Thursday, 9 February 2012

"Robot"-un vətəni haradır?


"Robot" sözü çex dilindən gəlir !

Karel Čapek özü robot olmasa da, bir yazıçı kimi bu sözü işlək hala gətirmişdir. Birinci dünya müharibəsində insanların bir-birilərini məhv etməsindən vahimələnən yazıçı 1920-ci ildə R.U.R adlı elmi-fantastik pyes yazır. Əsər "robot"-ların, maşınların və onların ixtiraçısı Rossumun tarixçəsindən bəhs edirdi. Onlar canlı və intellektual olsalar da, hisslərini ifadə etmək qabiliyyətində deyildilər. R.U.R ( Rossumun universal robotları) zavodunda hazırlanan bu maşınlar çətin əmək tələb edən işlərdə fəhlələrin yerini tuturdular. Əslində robota çex dilindən "ağır  iş, tapşırıq" mənasına gəlirdi. Pyesin sonrakı hissələrində robotlar bütün işlərdə onlardan daha az iş görən insanları əvəz etməyə başlayırlar. Bu o ana kimi davam edir ki, sonda insanlar faydasızlaşırlar və robotlar onları aradan götürməyi qərara alırlar. Heç bir hiss-həyəcan (hansı ki, bu onlarda yox idi!)  keçirmədən insanları qırırlar. 

Əsər Avropa və okeanın o tayında çox məşhurlaşdı. Bu əsərin səhnələşdirilməsindən sonra  "robot" sözü o dövrə qədər işlək hesab olunan "avtomat" və "android" sözlərini əvəz etməyə başladı.


Elmi-fantastikada android sözü nə mənaya gəlir?

Android sözü yunan mənşəli andros sözündən gəlir, hansı ki  "insan" mənasını verir və sonluq şəkilçisi -oid isə "formasında" kimi əlavə olunmuşdur. Nəticədə android-insan formasında olan robotdur.



Wednesday, 8 February 2012

@_@ nə deyir bizə?



Bugün "@" işarəsini e-mail ünvanını yazarkən istifadə edirik. Lakin bu işarənin mənşəyi haradandır?

Bu işarənin bizim dildə ifadəsi dəqiq deyil, lakin "ət" və ya "quyruqlu a" kimi tələffüzü daha məqbul görünür. "@" işarəsi bugün internet və müasirliyi simvolikləşdirsə də onun kəşfi Orta əsrlərdə olmuşdur! Hələ çapın mövcud olmadığı dövrdə keşişlər kitabları əlləri ilə köçürürdülər. O,  VI əsrə doğru ad latın sözündən əmələ gəlib,  "tərəf" və ya "aidlik" mənasını verirdi. Rahiblər əl köçümələrində d hərfini a-nın ətrafında döndərirdilər. Bununla minlərlə səhifəlik Bibliyada "aidlik" bildirən sözləri əvəz edir, yer və mürəkkəbə qənaət etmiş olurdular. Bu işarənin başqa izlərinə XII əsrdə İtaliyanın florensiyalı tacirlərində rast gəlirik. Onlar bir amphora'nı nəzərdə tutmaq üçün bu işarədən istifadə edirdilər. Sonrakı əsrlərdə həm yazı, həm də əşya ticarətində istifadə olunurdu. XIX əsrdə ABŞ-da "2 dəftər 10 dollara" əvəzinə "2 dəftər @$10" qeydə alınırdı. İlk yazı-çap maşınlarına əlavə olunduğu üçün sonralar ilk kompyuterlərin klavyaturalarında da öz yerini tapdı. Lakin o dövrdə demək olar ki işlədilməyən işarə haqqında "Bu simvol heç bir işə yaramır? Onda mən bunu elektron ünvanlar üçün istifadə edə bilərəm" deyən Ray Tomlinson onu bizim gündəlik həyatımıza daxil etmiş olur.


İngiliscə bu işarə "at", yəni "-a " və ya "doğru" mənasına gəlir. Düz yoxsa səhv?

Düzdür. Əslində bu işarə müxtəlif dillərdə müxtəlif adlara sahibdir. Məsələn, ruslar onu "balaca it", isveçlilər "darçın ruleti", fransızlar və koreyalılar "ilbiz", çinlilər "kiçik siçan", hollandlar isə "meymun quyruğu" adlandırırlar.






Isa peyğəmbər nə vaxt doğulub?



İsa təxminən miladdan 4 və ya 5 il əvvəl doğulub! 


Bu qəribəliyin səbəbkarı məlumdur: onun adı Dionysius Exiguus (Balaca Denis)-dir. Bu bilikli keşiş  VI  əsrdə yaşayıb. Lakin o dövrdə hələ " VI əsr" deyilmirdi. İllərin təqvimi hesaba alınması hələ İsanın doğulması ilə deyil, daha qədim bir ənənəyə əsaslanırdı : Roma imperiyasının əsasının qoyulması ilə. Bugün biz 500-cü il (m.s) nəzərdə tutanda bu, o dövrdə 1252-ci il ( Roma-dan sonra) kimi bilinirdi. 1277-ci ildə (r.s) Denis İsanın həyatının xronologiyasını hazırlayır və bunu papa I Jean'a təqdim edir. Onun fikrinə görə İsa 25 dekabr 753-cü ildə (r.s) anadan olmuşdur. Daha sonra, təqvim İsanın anadan olması ilə hesablanmağa başlandı. Problem ondadır ki, Denis bir neçə ili diqqətdən qaçırmışdı. Yeni hesablamalara görə əslində İsa kral Herod-un öldüyü il artıq doğulmuşdu. Kralın ölümü isə tarixi mənbələrə görə eramızdan əvvəl 4-cü ildə baş verib, deməli İsa miladdan əvvəl dünyaya gəlib.

Bütün dinlər təqvimi İsanın doğulması ilə hesablayır. Düz yoxsa səhv?

Səhvdir. Yəhudi kalendarına görə tarix dünyanın yaradılışından hesablanır. İslamda isə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köç etdiyi tarix əsas götürülür. Yəni 2012-ci il iudaizmdə 5771-ci, islamda isə 1432-ci ilə uyğundur.

Tuesday, 7 February 2012

Do,re,mi,fa,sol,la,si,do...




Hər kəs bu musiqi notlarını tanıyır. Bəs nə üçün onlar belə adlanır?

Bunu bilmək üçün yaxşı olardı ki, onların ixtiraçısına müraciət edək : Gui d'Arezzo. Lakin artıq min ilə yaxındır ki, O həyatdan köçüb. Ona görə də təxminən cavab belədir : Orta əsrlərdə musiqiyə vurulmuş bu italiyan rahib solfecio dərsləri verirdi və şagirdlərinin ağlında yaxşı qalması üçün not adları kəşf etdi. Gui onları Jean-Baptiste'in himnində olan sözlərin ilk hecalarından götürdü. Budur latınca olan mahnı :  
    
    Ut queant laxis
    resonare fibris
    Mira gestorum
    famuli tuorum
    Solve polluti
    labii reatum
    Sancte Iohannes

 Sonuncu "si" yalnız XVI əsrdə siyahıya əlavə olunmuşdur. Biraz sonra isə 1673-cü ildə "ut" daha rahat tələffüz olunduğu üçün "do" ilə əvəz olundu.

İngiltərə və Almaniyada musiqi notları hərflərlə işarələnir. Düz yoxsa səhv?

Düzdür. Gui d'Arezzo'dan
əvvəl notlar əlifbanın hərfləri ilə adlandırılırdı. Yalnız latın ölkələrində (Fransa, İtaliya, İspaniya) Gui'nin sistemi özünə yer tapdı. German və anqlo-sakson ölkələrində isə əlifba sistemi saxlanılmaqdadır.








Müqəddəs Valentin və məhəbbət


Nə üçün müqəddəs Valentin eşqə düşənlərin sahibi hesab edilir? 

Əslində bunun səbəbini bilmək yetərincə çətindir. Valentinlə bağlı müxtəlif hekayələr olsa da, nisbətən qısa və maraqlı olanı. Eramızın 268-ci ilində Roma imperatoru II Claude ölkədə evlənməyi qadağan etmək istəyir. O inanırdı ki, evli kişilər sevgililəri haqda lazımından çox düşünür və bu onları pis əsgər edir. Keşiş Valentin isə nişanlıları evləndirməkdə davam edir. Keşiş saxlanılır, həbs olunur və sonra başı kəsilir. Onu daha sonra sitayişə çevrilən Flaminia yolu  boyu basdırırlar . Bəs sevgi bayramının tarixçəsi budur? Bəlkə də, bunu dəqiq demək mümkün deyil. Çünki Valentindən əvvəl fevral ayının ortaları məhəbbətə həsr olunurdu. Romada o vaxtlar Lupercalia və məhsuldarlıq bayramları keçirilirdi. Nişanlılar isə bundan istifadə edib öz evlilik tələblərini edirdilər....Lakin bəlkə də Müqəddəs Valentinin mənşəyi daha qədimə gedib çıxır. Bəlkə də sadəcə olaraq bu təbiətə olan müşahidədən doğub : fevralın ortası quşlar çiftləşməyə başlayırlar .

Bundan başqa, nəyə görə gənc qızlar Müqəddəs Valentin günü quşları müşahidə edirlər?

Qədim inanca görə 14 fevralda ilk gördüyü quş gənc qızlara onların gələcək ərləri haqda işarə verirmiş. Belə ki, robin dənizçi, sərçə az imkanlı biri ilə xoşbəxt həyat, saka quşu isə varlı bir kişi ilə toy mənasına gəlirdi.

P.S nəzərə alsaq ki, bizim ölkədə sərçədən bol heç nə yoxdur. Onda demək hamı xoşbəxtdir )))